Bu gün Bakıda VII İnternet İdarəçilik Forumunun (Internet Governance Forum, IGF-2012) rəsmi açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, forumda müxtəlif ölkələrdən 1500-dən çox nümayəndə heyəti, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri iştirak edirlər.
Tədbirin əsas mövzusu "Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması" ("Internet Governance for Sustainable Human, Economic and Social Development") elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcək.
Noyabrın 9-dək davam edəcək forumun gündəliyində "yeni media"nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.
Elgün Aslanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB