Samur-Yalama Milli Parkı yaradılacaq

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Samur-Yalama Milli Parkı yaradılacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Samur-Yalama Milli Parkının yaradılması ilə bağlı Sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sərəncama əsasən, Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsində Samur-Yalama Milli Parkı yaradılacaqdır.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə