Media Forumunda nələr müzakirə olunacaq?

Bəhruz Quliyev: "Avrasiya ittifaqının qurulmasında da əsas rolu informasiya kommunikasiyaları oynayır"
Media Forumunda nələr müzakirə olunacaq?

Minsk MDB, Baltikyanı ölkələr və Gürcüstanın media təmsilçilərini bir araya gətirəcək

Belarusun paytaxtı Minskdə VII Avropa və Asiya Media Forumu keşiriləcək. SİA-nın verdiyi məlumata görə, Belarusun paytaxtında keçiriləcək tədbirdə SİA-nın Baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də iştirak edəcəyi gözlənilir. Əməkdaşımız B.Quliyevdən növbəti forumda hansı məsələlərin müzakirə olunacağı barədə fikirlərini öyrənib.

Baş redaktor qeyd edib ki, RİA Novosti Media Holdinqin təşkilatçılığı ilə artıq altı forum keçirilib. 2011-ci ildə MDB, Baltikyanı ölkələr və Gürcüstanın 250-dən çox təmsilçisinin qatıldığı Astana Forumunda postsovet məkanından olan media rəhbərləri, media sənayesinin menecerləri, blogerlər, şərhçilər, analitiklər iştirak edirdilər.

"Minskdə keçiriləcək tədbirin Astana Forumunun davamı olacağını düşünürəm. Forumun sessiyalarında sosial şəbəkələrin qarşılaşdığı problemlər, medianın fəaliyyəti və onların qeyri-stabil maliyyə durumu, eyni zamanda, bəzi dövlətlərin internetə nəzarətinin mediaya təsiri məsələsi də müzakirə mövzuları sırasında olacaq", - deyə B.Quliyev bildirib.

Sayca 7-ci forum müasir dövrün tələblərinə uyğun olan informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə medianın fəaliyyətidə yeni yanaşmaların müəyyən edilməsini də müzakirə edəcək, - deyən baş redaktor vurğulayıb ki, müzakirə olunan Avrasiya ittifaqının qurulmasında da əsas rolu informasiya kommunikasiyaları oynayır. Media sektorunun inteqrasiya olunmasına rəğmən Forum iştirakçılarının qarşısında yeni üsulların tapılması və müzakirə olunması bir tapşırıq kimi dayanır. Bu məsələnin Minskidə keçiriləcək forumun ana xəttini təşkil edəcəyini düşünürəm.

Qeyd edək ki, MDB, Baltikyanı ölkələr və Gürcüstanın media qurumları arasında qarşılıqlı əməkdaşlığın yaranmasını qarşısına məqsəd qoyan Avropa və Asiya Media Forumu 2006-cı ildə RİA Novosti Media Holdinqin təşkilatçılığı ilə yaradılıb. Forumun ilk 4 iclası Moskvada, 2010-cu ildə Kiyevdə, 2011-ci ildə Astanada baş tutub. Bu il isə Minskdə keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə