“Tariximizə səyahət”

30 oktyabr 2012-ci ildə "Gənclərin Töhfəsi" İctimai Birliyi "Tariximizə səyahət" adlı layihəyə start verib. SİA-nın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının müvafiq bəndinin icrası, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi-bədii qoruqları haqqında məlumatlandırılması, istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Layihə çərçivəsində mütəmadi olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Azərbaycanın tarixini özündə əks etdirən muzeylərə, qoruqlara ekskursiyalar təşkil ediləcək.

"Tariximizə səyahət" layihəsi çərçivəsində "Gənclərin Töhfəsi" İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsi birgə Azərbaycan Texniki Universitetində təhsil alan bir qrup tələbələrin "Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu"na ekskursiyasını təşkil etdi. Ekskursiyda tələblərə bələdçi tərəfindən "Qala Orta əsr kəndi", "Muzey kompleksi" və "Şərqi Abşeron axeoloji abidələri" haqqında ətraflı məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə