Bu gün Azərbaycan Dövlət İqtisad Universitetidə Yeni Azərbaycan Partiyasının tələbə gənclərlə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş YAP-ın qarşıdan gələn 20 illik yubileyi münasibəti ilə keçirlilən tədbirlərdən biri olub. Tələbə gənclərlə görüşən YAP Gənclər Birliyinin sədri Seymur Orucov hakim partiyanın ilk dövrdən başlayaraq apardığı uğurlu gənclər siyasətindən danışıb. Onun sözlərinə görə, YAP-ın 600 min üzvündən 220 minini gənclər təşkil edir: "Bizim əsas məqsədimiz gənclərin birliyi ilə bağlı fəaliyyətimizi daha da inkişaf etdirməkdir. Yeni Azərbaycan Partiyası gəncləri hər zaman öndə tutub və həmişə onların ölkə həyatında geniş fəaliyyətinə imkan yaradıb".
Gənclər üçün təşkil edilən yay məktəblərindən danışan Seymur Orucov bu yay 600-ə qədər gəncin bu imkandan yararlandığını bildirib. O, qeyd edib ki, yay məktəblərində iştirak edən gənclər öz plan və yaxud layihələri ilə Gənclər Birliyinə müraciət edə bilərlər.
YAP GB-nin sədr müavini Aygün Əliyeva isə Azərbaycanda ilk dəfə 1996-cı ildə Gənclər Gününün qeyd olunduğunu vurğulayıb. Halbuki BMT kimi beynəlxalq təşkilat bunu 3 il sonra edib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyin təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva gənclərə öz tarixlərini dərindən bilmələrini, sosial şəbəkələrdə aktiv olmalarını, internetdə Azərbaycan haqqında gedən səhv məlumatlara dərhal reaksiya vermələrini məsləhət görüb.
Sonra çıxış etmək istəyən gənclərin fikir və müzakirələri dinlənilib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB