6-7 noyabr tarixlərində Azərbaycan Dillər Universitetində keçiriləcək (ADU) "Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- Qardaş köməyi" adlı Beynəlxalq Simpoziumun təntənəli açılışı keçiriləcək. ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Gəncliyə Yardım Fondunun (GYF), Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) və Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə keçiriləcək simpoziumda Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Simpoziumun ilk günündə ADU-nun Tərcümə fakültəsində Sinxron Tərcümə Laboratoriyasının açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, simpoziumun keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB