Gəncədə Pakistan vətəndaşları saxlanılıb

Gəncədə Pakistan vətəndaşları saxlanılıb

Gəncə polisi 7 nəfərdən ibarət iki Pakistan aliləsini saxlayıb. Sözügedən şəxslər sərhədi pozduqlarına görə hüquq mühafizə idarəsinə gətiriliblər. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi Ağa Hüseyn Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılan Pakistan vətəndaşları ölkələrindən İrana oradan isə Azərbaycana keçiblər. Belə ki, İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti bəlli olmayan şəxs qanunsuz yolla Pakistan vətəndaşlarını Azərbaycan sərhəddindən keçirə bilib. Daha sonra sərhədi keçən iki ailə Bakıya oradan isə Gəncəyə gəlib. Gəc Zavodu adlanan ərazidə çadır qururaq yaşamağa başlayıb. Lakin dərhal polis tərəfindən nəzarətə götürülüb. İlkin məlumatlara görə, pakistanlılar seldən əziyyət çəkən ailələrdir və ölkəmizə işləmək üçün üz tutublar.

Dindirilmə zamanı şəxslər qeyd edib ki, onlar ölkələrinə qayıtmaq istəmir. Səbəb də Pakistanda vəziyyətin acınacaqlı olmasıdır.

Hazırda saxlanılan şəxslər Bakıya Daxili İşlər Nazirliyinə göndəriləcək. Faktla bağlı isə cinayət işinin açılıb açılmaması istintaqın nəticəsindən asılı olacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə