"Azərbaycan" İntellektual Oyunlar Klubu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) respublikanın ali təhsil müəssisələri ilə birgə "Nə? Harada? Nə zaman?" intellektual yarışması üzrə ali təhsil müəssisələri arasında sinxron çempionatın birinci dövrəsinin ilk oyununu keçiriblər. ATGT-dən SİA-ya verilən məlumata görə, çempionatın birinci turu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universiteti ilə birgə təşkil edilib.
"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevin sözlərinə görə, bu həftədən etibarən çempionata digər ali təhsil müəssisələrinin də qatılması gözlənilir. Onun sözlərinə görə, ali təhsil müəssisələri üçün çempionat iki dildə keçiriləcək və bu çempionat bir neçə mərhələdən ibarət olmaqla bütöv dərs ilini əhatə edəcək.
Qeyd edək ki, çempionata qatılmaq istəyən tələbələr əlavə məlumat almaq üçün təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarına (TGT-lər) müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB