“BakuTel-2012” başlayır

Bu gün 18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya İnformasiya Texnologiyaları Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası rabitə telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İTE Qrup şirkətinin icraçı rektoru Edvard Stroon, sərginin meneceri Rena Abutalıbova və media nümayəndələri iştirak edib.

Elmir Vəlizadə bildirib ki, sərgidə informasiya telekommunikasiya sahəsində baş verən yeniliklər nümayiş olunacaq: "Həmçinin keçiriləcək sərgidə milli povilionlar olacaq ki, burada da xarici ölkələrdən gələn nümayəndələr öz məhsularını nümayiş etdirəcəklər. Təbii ki, Azərbaycan üçün də ayrılmış poviloionda milli məhsullarımızla bağlı yeniliklər sərgiyə baxmağa gələnlərə təqdim olunacaq".

Qeyd olunub ki, "BakuTel-2012" sərgisinə dünyanın 23 ölkəsindən 160 şirkətinin nümayəndəsi dəvətlidir. Sərgidə 9 minə yaxın insanın iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə