İİF-nin 7-ci konfransının hazırlıq mərhələsi başladı

İİF-nin 7-ci konfransının hazırlıq mərhələsi başladı

Bu gün Bakıda "İnternet İdarəçiliyi Forumu"nun (İİF) 7-ci konfransının hazırlıq mərhələsi öz işinə başlayıb. Forumdaxili müzakirələr Bakı Ekspo Mərkəzində keçirilib. Müzakirələr aşağıda sadalanan mövzuları əhatə edib:

"Fransiz dilli insanların İnternet İdarəçiliyi Forumu çərçivəsində dialoqu"; "İnternet İdarəçiliyində inkişaf etmiş əməkdaşlıq"; "İnsan Hüquqları və İnternet İdarəçiliyinin birgə inkişafı"; "Senzuranın özəlləşdirilməsi: fikir azadlığının təmin edilməsi və onlayn məsuliyyət"; "Kibercinayət və qanunun aliliyi"; "GİGANET İllik Simpoziumu"; "Freedom House-un İİF-u müsabiqəsi".

Adı sadalanan müzakirələrdə yerli ekspert və jurnalistlərlə yanaşı, xarici təşkilatları və dünyaca məşhur mediya orqanlarını təmsil edən nümayəndələr də iştirak edib. Bunlardan ATƏT-in media azadlığı üzrə təmsilçisi Dünya Myatoviçi, "Google" və "Global Network İnitiative" kimi qurumların xarici məsələlər üzrə məsləhətçisi Con Kampfner, "Freedom House"-un baş məsləhətçisi Courtney Radsçı misal göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com