Sərmayə qoyuluşları 700 milyonu ötüb

Sərmayə qoyuluşları 700 milyonu ötüb

"Azərbaycanda İKT sahəsinə sərmayə qoyuluşu indi ən yüksək səviyyədədir". SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə belə deyib.

Onun sözlərinə görə, sərmayə qoyuluşlarının məbləği təxminən 700 milyon manatı ötür. Azərbaycanda investisiya qoyuluşların əksəriyyətini yerli şirkətlər təşkil edir, 21%-i isə xarici şirkətlərin payına düşür.

Rəsmi bildirib ki, bu gün ölkədə İKT sahəsində investisiya qoyuluşu artır: "Hazırda bu sahədə yerli şirkətlərlə xarici şirkətlər əməkdaşlıq edirlər. Ölkədə İKT İnkişaf Fondu yaradılıb. Bu fond vasitəsi ilə yerli şirkətlərə lazimi dəstək veriləcək. Amma biz ölkədə İKT sektoruna investisiya qoyuluşlarının daha çox olmasını istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə