Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş nitqi ilə universitetin rektoru Abel Məhərrəmov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli illərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. A.Məhərrəmov həmçinin Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, ölkə həyatında, siyasətində, iqtisadiyyatında, elmində, təhsilində və digər sahələrdə həyata keçirdiyi islahatlardan bəhs edib.
Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətlə bağlı olduğunu vurğulayan rektor qeyd edib: "Xoşbəxt o xalqdır ki, onun dahi lideri var və xalq o vaxt daha da xoşbəxtdir ki, həmin lideridən əmanət olan siyasi kurs ölkədə uğurla davam etdirilir".
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov dövlətimizin inkişafı, formalaşması və dünyada tanıdılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
İcra katibi Əli Əhmədov həmçinin nitqində Ulu Öndərin xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ciddi, xarici geosiyasi müdaxilələrə, kəskin ictimai-siyasi və digər neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamasından söz açıb.
Sonda çıxış edən tarix fakultəsinin dekanı Azad Rzayev YAP-ın yaranması haqqında geniş məlumat verib.
Tədbir başa çatdıqdan sonra isə YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında keçirilmiş oyunların bağlanış mərasimi olub.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB