“Tələbələr liderlik yolunda”

Ağcabədidə tələbələr üçün liderlik təlimi təşkil edilib
“Tələbələr liderlik yolunda”

Azərbaycan Tələbələr Birliyi (ATB) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tələbələr liderlik yolunda" layihəsi çərçivəsində növbəti regional təlimi təşkil ediblər. Qeyd edilən layihənin əsas məqsədi günümüzün tələbələri arasında gələcəyin liderlərinin yetişdirilməsinə kömək etməkdir. Bu məqsədlə layihə çərçivəsində Mingəçevir, Ağcabədi, Lənkəran şəhərlərində yerləşən təhsil müəssisələrində tələbələr üçün müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti tədbir Ağcabədi rayonunda təşkil edilib. ATB-nin sədri Elvin Aslanov tərəfindən keçirilən təlimdə ilk əvvəl layihə və Birliyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra liderlik, şəxsi motivasiya, idarəetmə və s. ilə bağlı məlumat verən Elvin Aslanov tələbələrin suallarını da cavablandırıb. Təlim qarşılıqlı müzakirələr əsasında davam edib.

Qeyd edək ki, keçirilən tədbir "Tələbələr liderlik yolunda" layihəsi çərçivəsində sonuncu tədbir idi. Azərbaycan Tələbələr Birliyi artıq layihənin yekunlaşdığını və layihə ərzində qarşıya qoyulan məqsədə çatdığını bildirmək istəyir. Layihə ərzində Mingəçevir, Lənkəran, Ağcabədi olmaqla 3 regionda tələbələr üçün liderlik, idarəetmə, natiqlik qabiliyyəti ilə bağlı müxtəlif təlim və seminarlar təşkil edilib, təşkil edilən seminarlarda isə 300-ə yaxın tələbə iştirak edib.

Bundan sonra da müxtəlif dövlət, beynəlxalq təşkilatlar və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində tələbələrin şəxsi inkişafını nəzərdə tutan təlimlərin keçirilməsi Azərbaycan Tələbələr Birliyinin əsas prioritetlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə