Millət vəkili və Avronest Parlament Assambleyası komitə sədrinin müavini Azay Quliyev noyabrın 5-dən 8-nə qədər Brüsseldə səfərdə olacaq. Belçika Azərbaycanlıları Cəmiyyətindən SİA-ya verilən xəbərə görə, A.Quliyev səfər çərçivəsində Avropa Parlamentində bir sıra siyasi qrupların aparıcı üzvləri, parlamentin deputatları ilə görüşlər keçirəcək və ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı müzakirələr aparacaq.
Qeyd edək ki, A.Quliyevin Belçika Azərbaycanlıları Cəmiyyətində təşkilatın üzvləri ilə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB