“Gəldik, gördük, yazdıq”...

“Gəldik, gördük, yazdıq”...

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi, bu ilin sentyabr ayından başlayıb gələn ilin fevralınadək davam edəcək "Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində sabah millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və KİV təmsilçilərinin iştirakı ilə "Qarabağ: Türk Dünyasının ortaq problemi" mövzulu konfrans düzənlənəcək.

SİA-nın məlumatına görə, ideyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, EkoAVRASİYA, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində 12 türk dövlət və topluluğundan 18 gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısı Bakıya gəlir.

Azərbaycanda olacaq qonaqlar, 6 noyabrda Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini,"Güllələnmiş heykəllər"i, "Ana harayı" abidəsini ziyarət edəcəklər, "Qarabağ: Türk Dünyasının ortaq problemi" mövzulu konfransda iştirak edəcək, sonrakı günlərdə isə uyğunprofilli dövlət qurumları və QHT-lərdə görüşlər keçiriləcək.

Qonaqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrini (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) ziyarət edəcək (8-10 noyabr), yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə