Dövlət başçısının rəsmi internet səhifəsi yenilənib

Dövlət başçısının rəsmi internet səhifəsi yenilənib

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi internet səhifəsi yenilənib. SİA-nın məlumatına görə, səhifədə müasir internet texnologiyalarından istifadə olunub. Bu da səhifənin daha da oxunaqlı olmasını təmin edib. İnternet səhifədə "Azərbaycan 2020 Gələcəyə Baxış" inkişaf konsepsiyası ilə tanış olmaq mümkündür. Həmçinin səhifədə Prezident İlham Əliyevin keçirdiyi görüşlər, imzaladığı sənədlər, dövlət başçısının fəaliyyəti operativ şəkildə işıqlandırılır, bütün xəbərlər foto və video materiallarla müşayiət olunur. Saytın rus və ingilis versiyaları da mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə