Rəsmi Ankaradan sərt xəbərdarlıq

Rəsmi Ankaradan sərt xəbərdarlıq

Rəsmi Ankara yunan Kiprinə və beynəlxalq neft şirkətlərinə xəbərdarlıq edib

Cənubi Kipr Yunan rəhbərliyinin neft-qaz kəşfiyyat-axtarış işləri üçün ikinci dəfə tender elan etməsi, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən mənfi qarşılanıb.

Nazirliyin bəyanatın yunan Kiprinin təhrikedici fəaliyyətlərinin davam etməsinin Türkiyə və Şimali Kipr Türk Respublikası üçün qəbuledilməz olduğu bildirilir. Nazirlik, tenderdə iştirak edəcək ölkələrin və beynəlxalq neft şirkətlərinin, Türkiyədəki yeni enerji layihələrinə daxil edilməyəcəklərini bəyan edib. Rəsmi Ankara ölkələri bu tenderdə iştirak etməməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə