Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişib

Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişib

65 yaşlı Bakı sakini bu gün Bəqi qəbirstanlığında dəfn ediləcək

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişib. Bu, 65 yaşlı Təbib Sadıxovdur. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, azərbaycanlı zəvvarın avtobusla Məkkədən Mədinəyə gedərkən səhhəti pisləşib. O, xəstəxanaya çatdırılsa da, ürəktutmadan dünyasını dəyişib.

Bakı şəhər sakini olan Təbib Sadıxovun bu gün Bəqi qəbirstanlığında dəfn ediləcəyi bildirilir. Xatırladaq ki, bu, cari ildə Həcc ziyarətində vəfat edən ikinci azərbaycanlıdır. Oktyabrın 20-də Həcc ziyarətində olan Bakı sakini 65 yaşlı Raziyə Hidayətova da dünyasını dəyişmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə