Türkiyə Respublikasının yaradılmasının 89-cu ildönümü, Cümhuriyyət bayramı münasibətilə Dubayda Türkiyə baṣ konsulluğunun və Türk iş şurasının təṣkilatçılığı ilə möhtəṣəm bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dubayın dövlət rəsmiləri, diplomatlar, türk icmasının üzvələrilə yanaşı BƏƏ-də fəaliyyət göstərən "Azəbaycan" cəmiyyətinin sədri Samir İmanov da Türkiyə tərəfinin dəvətilə iṣtirak edib. Tədbirdə çıxıṣlar edilib, Türkiyənin əldə etdiyi uğurlar vurğulanıb.
Samir İmanov Türkiyənin Dubaydakı baṣ konsulu xanım Əlif Ülgən və Türk iş şurasının sədri cənab Harkan Bahçeci ilə görüşərək Azərbaycan diasporu adından Türkiyə dövlətini və xalqını cümhuriyyət bayramı münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar əldə edilməsini arzulayıb. Onlar da Samir İmanova bayram tədbirində iṣtirakına görə təṣəkkür edib, "bir millət 2 dövlət" kəlamlarını dilə gətirib, eyni zamanda "Azərbaycan" cəmiyyətinin BƏƏ Türkiyə rəsmi təmsilçiliyi və icma təṣkilatı ilə on ildən artıq yaxından əməkdaṣlığını yüksək qiymətləndiriblər.
Bayram münasibətilə tədbir iṣtirakçılarına ziyafət verilib və Türkiyədən dəvət edilmiṣ musiqiçilər gözəl türk mahnıları ifa ediblər. Bayram ṣənliyi gecə saatlarına qədər davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB