Daha bir beynəlxalq foruma ev sahibliyi edəcəyik

Bakıda 7-ci İnternet İdarəçilik Forumu keçiriləcək
Daha bir beynəlxalq foruma ev sahibliyi edəcəyik

6 - 9 noyabr 2012-ci il tarixlərdə Bakıda İnternet İdarəçilik Forumunun (İİF) yeddinci iclası keçiriləcək. SİA-nın məlumatına görə, 100-dən çox ölkədən-hökuməti, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə - İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə etmək üçün Bakıda toplaşacaqlar.

Hər il keçirilən Forumun bu ilki iclası "Bakı Expo" Sərgi və Toplantı Mərkəzində baş tutacaq. Keçiriləcək forumun əsas mövzusu "Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternet idarəçiliyi" olacaq. İnkişaf naminə İnternet idarəetmə (IG4D) məsələsi 2012-ci İİF-in gündəliyində duran əsas məsələ hesab edilir. Nümayəndələr inkişafa birbaşa aidiyyəti olan qlobal səviyyədə İnternet idarəçiliyi məsələlərini yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsini araşdıracaq və bununla bağlı müzakirələr aparacaqlar. Bu müzakirələr, seminarlar və debatlar İPv6 (Mühüm İnternet mənbələri) protokolunun yayılması və istifadəsi, habelə resurslara çıxış imkanı və müxtəlifliklə bağlı yeni siyasətlərlə İnternetin potensial faydalarından hər kəsin yararlanmasını necə təmin etmə kimi məsələlər üzərində qurulacaqdır.

Bu ilki forumda İştirakçılar həmçinin digər məsələlərlə yanaşı, İnternet İdarəçiliyinin çoxtərəfli modelinin inkişaf etdirilməsində potensialı inkişaf etdirmə işinin əhəmiyyətini, İİF üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etmə və məlumatlandırma məqsədini daşıyan, potensialı inkişaf etdirmə üzrə yaxşı təşkil olunmuş və əlaqələndirilmiş tədbirləri də əhatə etmənin mümkünlüyünü araşdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə