Azərbaycanda hansı saytlar qadağan olunacaq?

Azərbaycanda hansı saytlar qadağan olunacaq?

Rusiyada təhlükəli məzmun daşıyan internet saytlarını qadağa edən qanun qüvvəyə minib. Qanun daxilində, intihar üsulları haqqında məlumat verən, narkotik istifadəsini təbliğ edən və uşaq pornoqrafiyası ilə bağlı məlumatlar yayan saytlar "qara siyahıya"salınaraq qadağan olunacaq.

Qeyd edək ki, "qara siyahı"da olan saytlar əvvəlcə xəbərdarlıq ediləcək, əks təqdirdə saytın istifadəsi qadağan olunacaq.

İnsan haqqları təşkilatları isə bu qanunun senzuradan başqa bir şey olmadığını hesab edir: "Bu qanun əslində rejimin təzyiqidir. Qanunun əslində nəyə qarşı olduğuna baxsanız, hədəfdəki müxalifəti və jurnalistləri görə bilərsiniz"

Azərbaycanda bu vəziyyət nə yerdədir?

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz SİA-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə bu səlahiyyət ancaq məhkəmələrə məxsusdur: "Azərbaycanda da xüsusən uşaqlar üçün təhlükəli olan resurslar var. Yeri gəlmişkən deyim ki, təhsil sistemində bununla məşğul olan şura mövcuddur. Bu şura Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən saytlara nəzarət edir. Düşünürəm ki, ictimai yerlərdə, hansısa internet klublarda, mədəni obyektlərdə bu məsələlərlə bağlı addım atmağın vaxtı çatıb. Hansı ki, yetkinlik yaşına çatmayan uşaqların müəyyən informasiyaları görməsini əngəlləyə bilsin. Sırf bu işlə məşğul olan bir qurum isə senzura xarakterli ola bilər".

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə