QHT Əməkdaşlıq Alyansı qəbul etdiyi prioritet istiqamətlərdən biri olan Seçki Monitorinqinin başlamasına artıq start verir. Bununla bağlı SİA-ya Alyans rəhbərliyindən məlumat verilib. Ciddi müzakirələrdən sonra Alyansın qəbul etdiyi bu qərarın artıq icrasına başlanılır. Seçki monitorinqinin mexanizminın hazırlanması ilə bağlı yaradılan işçi qrupu artıq mexanizmin detallarını Alyans rəhbərliyinə təqdim edib. Bütün bunları ictimaiyyətə açıqlamaq üçün QHT Əməkdaşlıq Alyansı brifinq keçirəcək.
Brifinqdə Seçki Monitorinqinin mexanizmi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Alyansın seçki monitorinqini təşkil etmək və aparmaqda məqsədi vətəndaş cəmiyyətinin mövqeyinin ifadəçisi olmaqdır. Aparılacaq monitorinq ölkədəki real seçki mənzərəsinin tədqiqi və bununla bağlı hesabatların hazırlanmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB