“Mədəniyyətlərarası dialoqda milli icmalarla birgə fəaliyyətin rolu”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə Milli İcmaların Koordinasiya Şurasi ilə birlikdə "Mədəniyyətlərarası dialoqda milli icmalarla birgə fəaliyyətin rolu" mövzusunda dəyirmi masa keçirib. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda yaşayan milli icmaların mədəniyyətlərarası dialoqda iştirakının mühümlüyü, ölkəmizdə icmalararası olan tolerantlığın təşviqi və gələcəkdə mümkün layihələrin həyata keçirilməsi idi.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Əliheydər Zülfüqarov, Mədəniyyət və Turizm Nazirliyinin elm şöbəsinin müdiri Asif Usubbəyli, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Ənvər Şeyxov, eləcə də milli icmaların gənclər departamentinin rəhbərləri və QHT-lər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, AGAT-ın sədri Gülsel Səfərova milli icmaların mədəniyyətlərarası dialoqda önəmini vurğulayıb və Azərbaycanın tolerantlıq kimi universal dəyərlərə hər zaman sadiq qaldığını vurğulayıb. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Ənvər Şeyxov Azərbaycan gənclərinin bu sahədə aktivliyinin və dinamikasının yüksək səviyyədə olduğundan məmnun olduğunu bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Əliheydər Zülfüqarov ölkədə dini icmalarla bağlı fəaliyyətdən danışıb. O qeyd edib ki, son zamanlar icma yaratmaqda gənclərin təşəbbüsü artıb. Bu da ölkədə tolerantlığın olması ilə birbaşa bağlıdır. Mədəniyyət və Turizm Nazirliyinin elm şöbəsinin müdiri Asif Usubbəyli isə tolerantlığın Azərbaycanın brendi olmasını vurğulayıb. Qeyd edib ki, nazirlik mədəniyyətlərarası dialoq fəaliyyətində Azərbaycanda bundan sonra əhəmiyyətli forumların keçirilməsi planlaşdırılır.
Daha sonra dəyirmi masa milli icma və QHT-lərlə birlikdə müzakirə şəklində davam etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB