Oqtay Əsədov Asim Mollazadənin cavabını verdi

Oqtay Əsədov Asim Mollazadənin cavabını verdi

"Aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılmalıdır. Bu yerlərdə siyasi-ictimai qüvvələr deyil, lap münəccim də aksiya keçirə bilməlidir". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisinin plenar iclasında cari məsələlər üçün ayrılan vaxtda çıxış edən millət vəkili Asim Mollazadə bildirib.

O həmçinin icazəsiz aksiyalarla bağlı cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin də gündəlikdən çıxarılmasını təklif edib: "Cərimələrin artırılması barədə qərar Rusiyada verilib, nəticə nə olub?"

Spiker Oqtay Əsədov isə millət vəkilinin iradları ilə razılaşmayıb: "Asim müəllim, deyirsiniz ki, aksiyalar üçün yer ayrılsın. Yer ayrılmayıb? Beş yer ayrılıb. Ancaq nəticə göz önündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə