Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb. SİA-nın xəbərinə görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasa ümumilikdə 12 məsələ salınıb.
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər ediləcək. "Mədəniyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.
Milli Məclisin plenar iclasında BQP sədri Fazil Mustafa "Diffamasiya haqqında" qanunun qəbulunun vacibliyinə toxunub. O bildirib ki, mətbuatda hələ də təhqirlər, böhtanlar yer alır: "Xüsusilə "Azadlıq" qəzetini qeyd etmək istəyirəm. Mən bu qəzetlə bağlı Mətbuat Şurasına yox, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmişəm. Müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin. Axı bir deputata görə bütün Milli Məclisi hədəfə almaq olmaz…"
MM-in sədri Oqtay Əsədov F. Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur.
"Azərbaycan iqtisadiyyatı gücləndikcə xaricdən ölkəmizə təzyiqlər çoxalır. Təəssüflər olsun ki, parlamentdən bəhrələnən insanlar da aksiya etməyə cəhd göstərənlər sırasındadır. Vəzifəli şəxslər olmalarına baxmayaraq, onlar belə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa riayət etmirlər. Qəbul edək ki, həmin insanları heç təbiət də qəbul etmir", - deyə millət vəkili Siyavuş Novruzov əlavə edib.
Onun sözlərinə görə, bir ailənin bütün üzvlərinin aksiyalarda iştirak etməsi düzgün deyil: "Belə aksiyaların keçirilməsi təbii ki, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB