Bakı İdman Sarayında Dövlət Bayrağı gününə həsr olunmuş ikinci Respublika Bayraq Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 7-də keçiriləcək tədbir saat 15.00-da başlayacaq. Nazirliyin təşkilatçılığı ilə baş tutacaq festivalda gənc rəssamların iştirakı ilə müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması və tanınmış incəsənət ustalarının geniş konsert proqramı nəzərdə tutulub.
Festival Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-cu il tarixli Sərəncamının və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən təşkil edilir.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökümət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, tələbələrin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyətinin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı gözlənilir.
Festivalın sonunda isə tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB