Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən həyata keçirilən "Bakı Məktəblilərarası Debat Forumu-2012" layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri və mətbuat nümayəndələri iştirak edib.
Tədbir zamanı Bakı Məktəblilərarası Debat Forumu-2012" layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə ən yüksək nəticə göstərən Yasamal rayonu 20 saylı orta məktəbinin komandası ilə Nizami rayonu 220 saylı orta məktəbin komandası Forumun qalibini müəyyən etmək üçün yarışıb. Maraqlı və intellektual müzakirələrlə müşahidə olunan final qarşılaşmasında 20 nömrəli orta məktəbi təmsil edən komanda Forumun kubokunu əldə edərək qızıl medallara sahib çıxıb. Həmçinin Forum ərzində ən fəal orta təhsil müəssisəsi naminasiyası üzrə 23 saylı orta məktəb təltif olunub.
Forum iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, DVC və "Təbiətin Dostları" İctimai Birliyinin tərəfindən təşkil olunan "Gənclərin Yaşıl Festivalı-2012" çərçivəsində həyata keçirilən "Yaşıl Festival - Eko Maskarad" layihəsində iştirak etmək imkanı əldə ediblər.
Qeyd edək ki, "Bakı Məktəblilərarası Debat Forumu-2012" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, DVC və "Təbiətin Dostları" İctimai Birliyinin tərəfindən təşkil olunan "Gənclərin Yaşıl Festivalı-2012" çərçivəsində həyata keçirilib. Forumun məqsədi gənclərin "yaşıl düşüncə" mövzusunda maarifləndirilməsi və gənclər arasında "yaşıl düşüncə"-nin təbliğidir. "Bakı Məktəblilərarası Debat Forumu-2012" layihəsi "Gənclərin Yaşıl Festivalı-2012" çərçivəsində keçirilir və oktyabr-noyabr aylarını əhatə edib. Forumda Bakı şəhərinin bütün rayonlarının təhsil müəssisələri təmsil olunub. Forum ümumilikdə Bakı şəhərinin 16 orta təhsil müəssisəsini təmsil edən 300 gənci əhatə edib. Layihə çərçivəsində iştirakçılar əvvəlcə "Yaşıl Düşüncə" mövzusunda debat təlimlərində iştirak ediblər, daha sonra "Velosipeddən istifadə, yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsindən daha səmərəlidir" mövzusunda Forumun yekun mərhələsində iştirak ediblər.
DVC 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir və özündə 22 000 - dən çox gənci birləşdirir. Təşkilatın missiyası gənclərin təşəbbüslərinin dəstəklənməsi və müxtəlif xidmətlərin göstərilməsi vasitəsilə cəmiyyətin maarifləndirilməsidir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB