“Hərəyə bir nar” şüarı altında aksiya həyata keçirilib

Bu gün Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və "İRƏLİ" İctimai Birliyinin təşkilatı dəstək verdiyi "Göyçay Nar Festivalı" ilə bağlı Park Bulvar AVM-də "Hərəyə bir nar" şüarı altında aksiya həyata keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, aksiyanın məqsədi əhalinin festival barədə məlumatlandırılması və festivalda iştiraka dəvət olunması idi.

Aksiyada "İRƏLİ" könüllüləri tərəfindən insanlara Göyçay narı hədiyyə edilib, eyni zamanda festival barədə məlumatların əks olunduğu kitabçalar paylanılıb. Bundan əlavə Park Bulvarda nar dənələmə, nar sıxma, nar yemə yarışları keçirilib və qaliblər Park Bulvar AVM-dən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, bu il də Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və "İRƏLİ" İctimai Birliyinin təşkilatı dəstək verdiyi "Nar Bayramı" ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları, narla bağlı məlumatları özündə əks etdirən kataloq və 3 noyabr 2012-ci il tarixində Göyçayda keçiriləcək Nar Festivalında iştirak üçün hazırlanmış dəvətnamələr "İRƏLİ" könüllüləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri və media qurumlara təqdim olunub.

Qeyd edək ki, 2006-cı ildən etibarən hər il Göyçay rayonunda "Nar bayramı" keçirilir. Bu il də noyabr ayının 3-də Göyçay İcra Hakimiyyəti tərəfindən "Nar bayramı" təşkil olunacaq və bayram öz rəngarəngliyi və fərqliliyi ilə seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə