Bu gün Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet Sanıc və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. SİA-nın məlumatına görə, onlar Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı konkret ilk addımlar atılıb. Əldə olunan razılığa əsasən, Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabr ayının 21-də "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçirəcəklər. Bundan əlavə, tərəflər gələn il aprel-may aylarında "Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları" mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı da razılıq əldə olunub.
Şərqşünaslıq İnstitutunun və Qafqaz Universitetinin rəhbərləri, bunlardan əlavə birgə elmi tədbirlərin təşkili, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində görüləcək işlərin də perspektivlərini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB