Bu gün Suraxanı rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri (KİV) arasında əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda ilk olaraq İcra Hakimiyyətinin fəaliyyətini özündə əks etdirən "Dünənin, bu günün və sabahın qovuşduğu məkan: Suraxanı rayonu" adlı film nümayiş etdirilib.
Daha sonra konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon ərazisində aparılan abadlıq işlərindən söz açıb.
Konfransda eyni zamanda KİVDF-nin sədri Vüqar Səfərli, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov və Azərbaycanda fəaliyyət göstərən qəzet redaktorları da iştirak edib.
Qeyd edək ki, konfransdan əvvəl rayonun ərazisində fəaliyyət göstərən 268 saylı uşaq bağçası, 327 nömrəli orta məktəb, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi və Atəşgah məbədi ziyarət edilib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB