“Təmiz Şəhər” maarifləndirir

“Təmiz Şəhər” ASC universitetlərdə maarifləndirmə tədbirlərini davam etdirir
“Təmiz Şəhər” maarifləndirir

"Təmiz Şəhər" ASC ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə 2010-cu ildən etibarən Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə əməkdaşlıq edir. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq oktyabr ayında ADNA-nın "Dağ-mədən mühəndisliyi" ixtisasında və "Tempus" proqramı çərçivəsində "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə təhsil alan tələbələrinə mühazirələr oxunub.

"Təmiz Şəhər" ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar. Mühazirələr gənclər arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulanıb.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının "Yaşıl klubu" ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə