Kim daha az xəyanət edir?

Alimlər 30 ölkədən seçilmiş 15-29 yaş arası 620 min müsəlman, xristian, induist və buddist dinlərinə sitayiş edən insanların anketlərini analiz ediblər. Sorğu düz 8 il davam edib. Məlum olub ki, ümumilikdə evli müsəlmanların 53%-i nikaha qədər cinsi əlaqədə olduqlarını etiraf ediblər. İnduistlər isə xristianlardan 40% qədər az nikahdankənar münasibət yaşadıqlarını deyiblər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, müsəlmanlar öz həyat yoldaşlarına digərlərinə nisbətən çox az xəyanət edirlər. Çünki, müsəlmanlar dini qanunlara digər dinlərin nümayəndələrinə nisbətən daha ciddi əməl edirlər.

ABŞ-da yerləşən Con Cey Kollecindən olan tədqiqatçı Emi Adamçik deyib: "Dünyanın bütün əsas dinləri nikahdan kənar münasibəti qadağan edir. Amma onlar hamısı heç də effektiv olmurlar".

Belə məlum olur ki, müsəlmanlar digərlərinə baxanda daha ciddi şəkildə nikahdan kənar münasibətdən çəkinirlər. İnduistlər də həmçinin. Xristianlar, buddistlər və yəhudilər isə özlərini bundan saxlaya bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə