Noyabrın 1-də hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperatur gecə 13-16°, gündüz 18-23° isti olacaqdır.

Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaqdır.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır. Axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır. Axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 6-10°, gündüz 17-22° isti, dağlarda 2-6°, gündüz 7-10° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.

Temperaturun gecə 12-15°, gündüz 20-25°, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə