“Azadlıq”ın iftirası bizi hiddətləndirib

“Azadlıq”ın iftirası bizi hiddətləndirib

Sabirabad rayonundan SİA-nın poçtuna məktub daxil olub. Aktuallığını və bəzi qəzetlərin yazdıqlarının hansı fəsadlara yol açdığını dəyərli oxucularımıza çatdırmaq üçün həmin məktubu olduğu kimi dərc edirik:

"Biz çox ürək ağrısıyla sizə müraciət edirik. Oktyabrın 28-də ailəmizə ağır itgi üz verib. Atamız Hüseynağa Kərimov 60 yaşında ikən ürək xəstəliyindən vəfat edib. Bu ağrılı-acılı günümüzdə "Azadlıq" qəzetində yer alan yalan, iftira bizi çox hiddətləndirib. Guya atamız çalışdığı dövlət idarəsində tapşırığa əməl etmədiyinə görə, danlandığından sarsıntı keçirərək dünyasını dəyişıb. Bunu yazanlara xitab edirik, bu qədər də şərəfsizlik olarmı?

Atam vaxtilə "Neftçı" futbol komandasının heyyətində çıxış edib. Uzun illər Gənclər və İdman idarəsinə rəhbərlik edib, son 8 ildə isə Sabirabad rayon icra hakimiyyətində vəzifə tuturdu. Həm rəhbərliklə, həm də kolektivlə xoş münasibəti var idi, yaxşı işinə görə fəxri fərman belə almışdı. Son illər tez-tez ürəyində ağrılar hiss etdiyindən həkimlərdə də olurdu.

Biz dünyanın gərdişinə qarşı çıxa bilmərik. Atamızın əziz xatirəsi həmişə bizimlədir. Ancaq "Azadlıq" qəzetinin dünyasını dəyişmiş atamızın vəfatı barədə sağlam düşüncədən çox uzaq uydurması bizdə ikrah hissı oyatdı. Inanın bir azərbaycanlı müsəlman ailəsinə heç bir müsəlmana bu yaramazlığı rəva görməzdi. Ar olsun onlara.

Vüqar Kərimov,

Taleh Kərimov,

Sabirabad rayonu"

Bütün xəbərlər Facebook səhifəmizdə