“Mədəniyyətlərarası dialoqda milli icmalarla birgə fəaliyyətin rolu”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə 1 noyabr 2012-ci il tarixində Milli İcmaların Koordinasiya Şurası ilə birlikdə "Mədəniyyətlərarası dialoqda milli icmalarla birgə fəaliyyətin rolu" mövzusunda dəyirmi masa keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda yaşayan mili icmaların mədəniyyətlərarası dialoqda iştirakının mühümlüyü, ölkəmizdə icmalararası olan tolerantlığın təşviqi və gələcəkdə mümkün layihələrin həyata keçirilməsidir. Tədbir çərçivəsində rəsmi qurumlardan dəvət olunmuş nümayəndələr və milli icmaların nümayəndələri arasında diskussiya təşkil ediləcək.
Qeyd edək ki, tədbirdə milli icmaların rəhbərləri, QHT-lər Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, QHT-lər və KİV iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB