"Qan Donorları Assosiasiyası" İctimai Birliyi, "İRƏLİ" İdman Mərkəzi və "İRƏLİ" Tibb klubunun birgə təşkilatçılığı ilə 13-21 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində gənclər üçün "Alfa Ekstrim–İstanbul" və "Qan donorluğunda şəbəkələşmə" Düşərgəsi keçiriləcək.
İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihə gənc donorlar və donorluğa marağı olan 18-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.
Düşərgə müddətində iştirakçılara "Qan donorluğu", "Sağlam həyat tərzi", "Ekstrimal şəraitdə yaşama üsulları" mövzularında təlimlər keçiriləcək. Düşərgə ərzində iştirakçılar İstanbulda təhsil alan azərbaycanlı gənclərlə görüşəcək, eyni zamanda Türkiyə Hemofiliya Dərnəyi və Türkiyənin Fənərbaxça klubu ilə yaxından tanış olacaqlar.
Layihədə iştirak etmək istəyən şəxslər 06.11.2012-ci il tarixinədək "İRƏLİ" İctimai Birliyinin rəsmi saytında (www.ireli.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB