Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssisləri üçün sınaq laboratoriyalarının səlahiyətliliyinə ümumi tələblər və ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzularında təlimlər keçirilib. Ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzusunda Belarus Respublikasının Standartlaşdırma İnstitutunun Standartlaşdırma, Metrologiya və Keyfiyyəti idarəetmə kafedrasının baş müəllimi Valeriy İvanoviç Labodeyev, İSO/İEK 17025:2005 standartı üzrə sınaq və kalibrləmə laboratoriyalarının səlahiyətliliyinə ümumi tələblər mövzusunda Türkiyə Respublikasının "Esenek" Təlim Mərkəzinin rəhbəri Halil Çelik məruzələrlə çıxış ediblər.
Ölkədə standartlaşdırma, metrologiya, akkreditasiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təşkil olunmuş təlimlərdə iştirak edənlərə sonda sertifikatlar verilib.
Məlumat üçün bildirək ki, ölkədə məhsulların beynəlxalq standartlar əsasında istehsalı, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektorda ixracın stimullaşdırılması, ixrac mallarının çeşidinin artırılması, həmçinin yerli istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsul, mal və xidmətlərlə təmin edilməsi üçün ilk növbədə bu sahədə çalışan kadr potensialının səriştəliliyini və təcrübəsini gücləndirmək tələb olunur.
Qeyd edək ki, Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən təşkil olunan ixtisasartırma kursları və təlimlər məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək hədəfi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB