Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən NİSA-nın (NATO Azerbaycan Beynəlxalq Məktəbi) ofisində "Şərq Tərəfdaşlığı ölkələri gənclərinin Avropaya inteqrasiya prosesində iştirakı: "İmkanlar və perespektivlər" mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Şərq Tərəfdaşlığı ölkələrinin Milli Şuralarının Çexiya Respublikası Xarici İşlər Nazirliyinin və Moldova Gənclər Milli Şurasının dəstəyi ilə Avropaya İnteqrasiya mövzusunda təşkil olunan dəyirmi masalar və seminarlar çərçivəsində həyata keçirilir.
Tədbirin məqsədi regional səviyyədə əməkdaşlıq, gənclər təşkilatları və ictimai institutların imkanlarnın araşdırılmasıdır. Tədbirdə ARGTMŞ-nin üzvü olan "Demokratik İslahatçı Gənclər" İctimai Birliyindən Vüsalə Hüseynli "Avropa Birliyi Yol Xəritəsi - gənclər siyasəti", Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından Asif Əsgərov "Şərq tərəfdaşlığında gənclərin şəbəkələşməsi və vətəndaş təhsili", Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatından Gülsel Səfərova "Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramında Gənclər Təşkilatlarının fəallığı və rolu" mövzularında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, tədbir zamanı həmçinin gənclərin mədəniyyətlərarası dialoqda iştirakı, Şərq Əməkdaşlığında gənclərin rolu və təhsil imkanları mövzuları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB