Noyabrda hansı günlərin qeyri-iş günü olacağı məlum olub. Belə ki, Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Noyabrın 10-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.
Noyabrın 12-si Konstitusiya günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş günü – noyabrın 17-si idə iş günü hesab edilir.
Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB