Bəzi yerlərdə normadan çox yağıntı olacaq
Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrda respublika üzrə aylıq yağıntıların qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 4-9, ayın əvvəlində 10-14 dərəcə isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 14-18 dərəcə isti, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında isə 10-15 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-33 mm) olacagı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr ayın əvvəlində 4-9 dərəcə isti, ayın ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti gözlənilir. Gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə temperatur 20-25 dərəcəyə yüksələcək, ayın ikinci yarısında 8-12 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacagı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir.
Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir. Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 12-16 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacagı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Gündüzlər 10-15 dərəcə isti, ayın əvvəlində 16-19 dərəcə isti, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti, ayın əvvəlində 15-19 dərəcəyədək yüksələcək, ayrı-ayrı günlərdə 5-7 dərəcə isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 6-11 dərəcə isti, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19 dərəcə isti, ayrı-ayrı günlərdə 22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 9-13 dərəcə isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 4-9 dərəcə isti, dağlarda temperatur mənfi 1-5 dərəcəyədək enəcək.Gündüzlər 12-17 dərəcə isti, ayın əvvəlində 18-20 dərəcəyədək yüksələcək,.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB