Hava Limanında dövlət dili Azərbaycan dilidir TƏKZİB

Hava Limanında dövlət dili Azərbaycan dilidir TƏKZİB

Bu günlərdə bir sıra Kütləvi İnformasiya Vasitələrində (KİV) Heydər Əliyev Beynəlxalq Hava Limanında guya "Azərbaycan dilinə hörmətsizlik edilməsi, hava limanının gözləmə zallarında bütün məlumatların sərnişinlərə yalnız rus dilində elan edilməsi" xəbər verilirdi.

AZAL-ın mətbuat xidmətindən SİA-ya verilən məlumatda yazılara cavab olaraq bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuşlar barədə məlumatlar bir qayda olaraq Azərbaycan, ingilis və rus dillərində elan edilir. Hava limanında ən çox istifadə olunan dil isə rəsmi dövlət dilimiz – Azərbaycan dilidir.

Rus dilinə gəldikdə isə, AZAL məlumatı olmayan mətbuat orqanlarına bildirir ki, rus dili həm də İKAO-nun rəsmi dillərindən biri olduğu üçün və Azərbaycana rus dilli sərnişinlər çox gəldiyindən Hava Limanında İKAO-nun beynəlxalq tələblərinə uyğun olaraq rus dilindən də istifadə edilir.

Beynəlxalq Hava Limanında xidmət aparılan personalın əcnəbi sərnişinlərlə, ingilis dilində danışmasında isə heç bir qəbahət yoxdur. Bunu bütün dünyada hava limanları üçün qəbul olunmuş beynəlxalq normalar, Azərbaycanın da qoşulduğu və əməl etməli olduğu beynəlxalq konvensiyalar tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə