SAM-ın nümayəndəsi Helsinkiyə rəsmi səfər edəcək

SAM-ın nümayəndəsi Helsinkiyə rəsmi səfər edəcək

31 Oktyabr 2012-ci il tarixində Helsinki şəhərində (Finlandiya) "Sərhədsiz, Hüdudsuz Cənubi Qafqaz: Münaqişələr, Əməkdaşlıq və İnkişaf" mövzusunda konfrans keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, konfrans Wider Europe Initiative (WEI) Təhlükəsizlik Qrupu daxilində Təhlükəsizlik və İnkişaf Tədqiqatının bir hissəsi olaraq Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Fin İnkişaf Əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələrin iştirakı gözlənilir. Qeyd edək ki, Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə