Cari ilin 28–30 oktyabr tarixlərində Bakıda keçirilən "Sərhədsiz gənclər əməkdaşlığı" Beynəlxalq Forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) TGT-lərlə iş departamentinin direktoru Şəmsi Gülverdi və İttifaqın Biznes işçi qrupunun rəhbəri Asif Səfərli təşkilatı təmsil edir. Qurumdan SİA-ya verilən məlumata görə, 3 panel iclaslardan ibarət olan forumnda ATGTİ-nin nümayəndələri Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya və s. ölkələrin gəncləri ilə "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, həmin proqramının regiona təsiri və reallıqlar, gələcək perspektivlər mövzularını müzakirə edəcəklər. Nəticələrə uyğun olaraq, sadalanan sahələrdə birgə fəaliyyət platforması hazırlanacaq.
Bundan əlavə forum ərzində nümayəndələrimiz əcnəbi gəncləri İttifaqın fəaliyyət istiqamətləri, reallaşdırdığı irimiqyaslı layihələr və beynəlxalq əlaqələri ilə tanış edəcəklər.
Qeyd edək ki, forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə baş direktorluğunun təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB