"İRƏLİ" mütəmadi olaraq internat məktəblərində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələr həyata keçirir. SİA-nın xəbərinə görə, Qurban Bayramı münasibətilə "İRƏLİ" İctimai Birliyi "Crazy Kids" uşaq əyləncə mərkəzinin tərəfdaşlığı ilə 2 №-li ümumi orta internat məktəbinin valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Tədbir zamanı kiçik sakinlər üçün müxtəlif əyləncəli proqramlar təşkil edilib, sonda uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu səpkili görüşlərin təşkil olunmasında məqsəd kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara daim xoş abu-hava hiss etdirmək, onlarla birlikdə gözəl vaxt keçirməklə uşaqları hər zaman diqqət mərkəzində saxlamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB