Saatlar bizi də geri çəkir?

Ötən gün ölkə ərazisində 05:00-da saatlar bir saat geri çəkildi. Bununla bağlı insanlarda hazırki vəziyyətə uyğunlaşma problemi yaranıb. Bəs insanlar bu vəziyyətə uyğunlaşa biləcəklərmi?

Bununla bağlı psixoloq Dəyanət Rzayevə müraciət etdik. Psixoloq bildirdi ki, insanların adaptasiya dövrü onların yaşadıqları ölkələrdən asılıdır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu dövr daha çox iqtisadi, maddi, sosial vəziyyətlə bağlıdır: "Şərqdə insanlar vaxtın irəli və ya geri çəkilməsini nəzərə alınmırlar. Bu hal qərblilər tərəfindən daha çox nəzərə alınır. Çünki şərqdə hər bir insanda uyğunlaşma var. Sadəcə hər kəsdə bu bir neçə günə olur. Ancaq maksimim bir həftədən sonra hər bir insan saat əqrəblərinin çəkilməsinə uyğunlaşa bilir. Əgər uyğunlaşa bilmirik deyirlərsə bu sadəcə bir bəhanədir ki, onlar hansısa bir işi göğrməkdə geciksinlər".

Dəyaqnət Rzayev onu da qeyd etdi ki, digər tərəfdən də inanların bu rejimə uyğunlaşmasının sosial yönümü daha böyükdür: "Təbii ki, saatıların 1 saat geri və ya irəli çəkilməsi ölkə miqyasında baş verir və bütün struktur dəyişir. Məsələn, hər bir nəqliyyat vasitəsinin gediş qrafiki var. Saatlar irəli çəkildikdə və ya bunun əksi baş verdik də qrafikdə qeyri-uyğunluq olur. Bu da ümumiyyətlə ölkəyə milyonlarla dollar ziyan gətirir".

Psixoloq vurğuladı ki, bu normal bir haldır və təbiətin qanunudur. Ona görə də, həssas, əsəb pozuntusu olan insanlarda problem yaranır. Lakin hər bir fərddə maksimum bir həftəyə qədər uyğunlaşma gedir. Onun sözlərinə görə, insanların bu vəziyyətə uyğunlaşmaması qeyri mümkündür.

Qeyd edək ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə