"Gənclər Fondunun yaranması bütün Avropa üçün nümunədir"

"Gənclər Fondunun yaranması bütün Avropa üçün nümunədir"

Azərbaycanda Gənclər Fondunun yaranması bütün Avropa üçün nümunədir. SİA AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri oktyabrın 29-da Bakıda keçirilən "Sərhədsiz gənclər əməkdaşlığı" Beynəlxalq forumunda gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə müsahibəsində söyləyib.

İ. Babayev bildirib ki, 2010-2011-ci illərdə Azərbaycan Avropa Gənclər Fondu ilə əməkdaşlıq sahəsində lider ölkə olmuşdur. İstəyirik ki, bu fəallığımızı goruyaq və Avropada gaha qeniş təmsil olunaq.

Nazir müavini deyib: "Azərbaycan gəncləri artıq uzun illərdir qeyri-formal təhsil sahəsində işləyir, təcrübələrini avropalı gənclərlə bölüşürlər. Bizim bu sahədə böyük potensialımız və təcrübəmiz vardır. Çalışacağıq ki, qeyri-formal təhsil sahəsində öz layihələrimizin sayını artıraq. Avropa İttifaqı tərəfindən Şərqi Avropa regionuna ayrılan vəsaitlərin əldə edilməsi gənclərimizin fəallığından asılıdır. Bizim gənclər təşkilatları yeni maraqlı layihələr təqdim etməlidirlər ki, o vəsaitin müəyyən qismi Azərbaycana yönəldilsin".

İ.Babayev, həmçinin Azərbaycanın digər ölkələrdə həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərməyə kifayət qədər imkanları olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə