Keçmiş SSRİ vətəndaşlarından ibarət dəstə üzvləri ABŞ-da saxta yollarla 163 milyon dollar mənimsəmək istəyiblər
Keçmiş SSRİ vətəndaşlarından ibarət dəstə üzvləri ABŞ-a gələrkən bəlkə də asan yolla milyonçu olacaqlarını düşünürmüşlər. Əsasən ermənilərdən ibarət dəstənin himayədarının Ermənistan dövlətinin rəhbərliyində təmsil olunması faktı araşdıran tədqiqatçıları da şoka salıb. Dəstənin başçılarından biri olan Ermənistan vətəndaşı David Mirzoyan özünü fırıldaqçılıqda günahkar bilib. Bu haqda Nyu-Yorkun Cənub dairəsinin Prokurorluğunun saytında da məlumat yerləşdirilib.
Məlumata görə 2006-cı ildən 2010-cu ilə qədər Mirzoyan dələduz və fırıldaqçılardan ibarət dəstənin birgə səyi nəticəsində ABŞ Federal büdcəsindən 163 milyon dollar ələ keçirməyə müvəffəq olublar. Bu pullar 118 tibb müəssisəsinin xidmətlərinə "sərf" edilib. Halbuki adıçəkilən vəsait yalnız kağız üzərində xərclənib. Əslində isə heç bir ödəmə olmayıb. 163 milyonun taleyini isə yenə erməni çətəsi həll edib. Mirzoyanın dəstəsi həmin pulları özlərinin nəzarət etdiyi Medicare adlı dövlət tibb sığorta fondunun hesabına keçiriblər. Beləliklə ermənisayağı mənimsəmə prosesi baş verib.
Dəstənin həbs edilən 73 üzvü Ermənistan, Ukrayna, Qazaxıstan və Rusiya vətəndaşlarıdır. Prokurorluğun məlumatına görə, fırıldaqçılar öz əməllərini real həkim və pasiyentlərdən istifadə etməklə həyata keçirsələr də pulları ABŞ-ın 25 ştatında mövcud olmayan, yalnız virtual olaraq qeydiyyatdan keçən "klinikalar"ın hesabına keçiriblər.
Bütün bu işlərə 44 yaşlı, qanuni oğru, erməni əsilli, 1966-cı ilə ABŞ-a emiqrasiya etmiş Armen Kazaryan (Pzo) başçılıq edib. Xəbərdə həm də qeyd edilir ki, Kazaryan keçmiş SSRİ məkanında qanuni oğrular arasında yüksək nüfuz sahibi sayılan Aslan Usoyanın (Ded Xasan) nümayəndəsidir. Mirzoyan Qərb sahilləri üzrə qrupuna qəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB