Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqə başa çatıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqə sentyabr ayının əvvəllərindən oktyabrın 15-dək davam edib. Jurnalistlər arasında keçirilmiş müsabiqəyə təqdim edilən 30-dan artıq məqalə (40-a yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunub. Oktyabr ayının 26-da müsabiqənin nəticələri elan edilib. Bakı şəhərində "Central Park Hotelin" konfrans zalında təşkil olunmuş tədbirdə müsabiqənin qalibləri elan olunub, onlara diplom və mükafatlar verilib.
İlk üç yeri Nigar Abdullayeva ("Palitra" qəzeti), Nərminə Əli ("Novosti-Azərbaycan") və Cavid Əhmədli ("Eksperss" qəzeti) tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB