"Gəzəlim Görəlim" Azərbaycanda

"Gəzəlim Görəlim" Azərbaycanda

Türkiyənin TRT 1 kanalında 27 ildir fasiləsiz yayımlanan "Gəzəlim Görəlim" proqramı Azərbaycanın dilbər guşələri olan Qəbələ və Şəkidə çəkilişlər aparır.

TRT-nin Bakı təmsilçiliyindən SİA-ya verilən məlumata görə, proqramın rejissoru və aparıcısı Nuray Yılmaz, eləcə də çəkiliş qrupu ilk olaraq Qəbələyə yolla düşüblər. N.Yılmaz proqramında Qəbələnin turizm potensialını və təbiət gözəliklərini tamaşaçılara nümayiş etdirməklə yanaşı, Qəbələ kəndlərindəki insanların yaşam tərzini də ekranlara gətirəcək.

Qəbələdə 3 gün davam edən çəkilişlərin ardından Şəkiyə səfər edilib. Şəkidə olan zəngin tarixi mədəni irs diqqətlə lentə alınıb, Xan Sarayı, Karvansaraylarda çəkilişlər aparılıb.

Qeyd edək ki, Azərbaycana həsr edilən bu proqram dekabr ayında TRT 1 kanalında ekranlara gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə