"Azadlıq" qəzetinin 25 oktyabr 2012-ci il tarixli sayında Sabirabad rayon rəhbərliyi barədə tamamilə əsasız, yalan və böhtan dolu məlumat yayılıb. Bunu SİA-nın Aran bürosuna Sabirabad rayon İH-nın mətbuat xidmətindən bildiriblər.
Məqalədə güya naməlum şəxs tərəfindən rayon rəhbərliyinə qarşı hörmətsizliyə yol verilməsi barədə məlumat verilib. Həmişə qanundan, haqdan, ədalətdən dəm vuran qəzet heç bir fakta əsaslanmadan, qarşı tərəfin fikrini öyrənmədən qanunvericiliyi kobud şəkildə pozaraq vəzifəli şəxsə qara yaxmağa çalışıb.
Məlumat ücün bildiririk ki, məqalənin müəllifi əslən rayonun Xəlfəli kəndindən olsa da, kənd əhalisi arasında heç bir nüfuzu olmayan birisidir. Hətta vaxtilə törətdiyi bəd əməlinə görə məhkum da olunub.
Bu gün Sabirabad ölkə rəhbərinin diqqət və qayğısı ilə yenidən qurulur. Özünü həqiqətən sabirabadlı hesab edən hər bir kəs bu inkişafa sevinməli və aparılan işlərə dəstək olmalıdır.
Bir daha bildiririk ki, məqalədə göstərilən gülünc doğuran məlumat yalan və böhtan xarakterli olması ilə yanaşı kiminsə qeyri sağlam fantaziyasının məhsuludur.
Bütün xəbərlər Facebook səhifəmizdə